BMT RUSİYALI BİZNESMENİN TƏRƏFDAŞLARININ ƏMLAKINI DONDURMAĞA ÇAĞIRIR
BMT-nin Liberiyaya qarşı Sanksiyalar Komitəsi bu ölkənin keçmiş Prezidenti, 2003-cü ildə Nigeriyada siyasi sığınacaq alan Çarlz Teylor ilə əlbir fəaliyyət göstərdiyi güman edilən 30 şirkətin əmlakını da dondurmağa çağırmışdır. BMT-nin hərbi cinayətlər tribunalı Teyloru Syerra-Leonedə qiyamçıları dəstəkləməkdə təqsirləndirmişdir.
BMT Komitəsində bildirmişlər ki, sözügedən iki nəfər - Viktor Butun ABŞ-da baş maliyyəçisi adlandırılan Suriya mənşəli Riçard Çixakli, habelə Butun Cənubi Afrikada sağ əli hesab edilən Valeri Naydodur.
Viktor But Anqolada qiyamçılarla və Liberiyada Teylorun başçılıq etdiyi yaraqlılarla əlaqədə olmaqda şübhəli bilinir. BMT ekspertləri hesab edirlər ki, o, Afrika ölkələrinə gizlicə ən çox silah satanlardan biridir.