BMT: Son doqquz ayda bir milyon suriyalı qaçqın vətəninə qayıdıb
Qahirə, 25 sentyabr, AZƏRTAC
Ötən ilin dekabrında Suriyada baş vermiş hakimiyyət dəyişikliyindən sonra bir milyon suriyalı qaçqın vətəninə geri dönüb.
AZƏRTAC xəbər verir ki, məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı bəyanatda yer alır. “Cəmi doqquz ay ərzində bir milyon qaçqın Suriyaya qayıdıb”, - deyə bəyanatda vurğulanıb.
Bununla belə, hələ də 13,5 milyon suriyalı ölkədən kənarda qaçqın və ya ölkə daxilində məcburi köçkün kimi yaşayır. İllərlə davam edən münaqişə və böhranlar Suriya iqtisadiyyatını çökdürüb, evləri və infrastrukturu xarabaya çevirib. Bəzi bölgələrdə təhlükəsizlik hələ də ciddi problem olaraq qalır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]