BMT: “Taliban” hərəkatı “Əl-Qaidə” ilə əlaqə saxlamaqda davam edir
Bakı, 2 iyun, AZƏRTAC
“Taliban” hərəkatı ABŞ-la əldə olunan sülh sazişinə baxmayaraq, hələ də “Əl-Qaidə” qruplaşması ilə əlaqə saxlayır.
AZƏRTAC “Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının məruzəsində yer alıb.
BMT-nin məruzəsinə əsasən, ABŞ-la sülh danışıqlarının davam etdiyi dövr ərzində taliblər “Əl-Qaidə” üzvləri ilə azı altı yüksək səviyyəli görüş keçirib.
“Əl-Qaidə” qruplaşmasının rəhbərləri və yüzlərlə döyüşçüsü hələ də Əfqanıstan ərazisindədir. “Taliban” hərəkatı ilə “Haqqani” və “Əl-Qaidə” qruplaşmaları arasında dostluğa, ümumi mübarizə tarixinə, ideoloji həmrəyliyə və qarışıq nikahlara əsaslanan əlaqə sıx olaraq qalmaqdadır”, - deyə məruzədə bildirilir.
Xatırladaq ki, fevralın sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində bütün xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]