BOK İCRAİYYƏ KOMİTƏSİNDƏ 2016-CI İLİN OLİMPİYA OYUNLARINI KEÇİRMƏYƏ NAMİZƏDLƏR ARASINDA PÜŞKATMA OLMUŞDUR
AZƏRTAC xarici ölkələrin kütləvi informasiya vasitlərinə istinadla xəbər verir ki, Lozannada Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında iki mühüm qərar qəbul edilmişdir. Əvvəlcə, 2016-cı ilin yay olimpiya oyunlarını təşkil etməyə namizəd şəhərlər arasında püşkatma keçirilmişdir. Beləliklə, 2009-cu ilin oktyabr ayında olimpiadanın paytaxtı seçilənə qədər iddiaçı şəhərlər rəsmi siyahılarda aşağıdakı ardıcıllıqla göstəriləcək, təqdimat mərasimlərini və başqa tədbirləri həmin ardıcıllıqla keçirəcəklər: Çikaqo (ABŞ), Praqa (Çexiya), Tokio (Yaponiya), Rio-de-Janeyro (Braziliya), Bakı (Azərbaycan), Doha (Qətər), Madrid (İspaniya).
Qəbul edilmiş ikinci qərar 2018-ci ilin qış olimpiya oyunlarının paytaxtının seçilməsi proseduru cədvəlinin təsdiq edilməsi ilə bağlıdır. Bu mübarizə 2009-cu ilin fevral ayında start götürəcəkdir. İyul-avqust aylarında sifarişlər qəbul ediləcəkdir. Sifarişlərin son müddəti oktyabrın ortaları olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]