BOK prezidenti: Tokio Olimpiadasında əcnəbi tamaşaçıların iştirakı barədə qərarı Təşkilat Komitəsi qəbul edəcək
Tokio, 13 mart, AZƏRTAC
Tokio Yay Olimpiya Oyunlarında əcnəbi tamaşaçıların tribunalara buraxılması barədə qərarı Olimpiadanın Təşkilat Komitəsi qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax BOK-un 137-ci sessiyasından sonra təşkil edilən mətbuat konfransında deyib.
Xatırladaq ki, Olimpiya Oyunlarının cari il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır. Kyodo agentliyi martın 9-da Yaponiyanın COVID-19 pandemiyasına görə Olimpiya Oyunlarını əcnəbi tamaşaçılarsız keçirmək haqda qərar qəbul etdiyini bildirib. Lakin T.Bax sonradan Tokio tərəfindən əcnəbi tamaşaçıların Oyunlara buraxılması barədə qərarın hələ qəbul edilmədiyini deyib.
“Bu, bizim yapon həmkarlarımızın qərarı olacaq və biz ona hörmətlə yanaşacağıq. Yalnız onlar Yaponiyada ümumi vəziyyətin necə olacağını bilirlər”, - deyə T.Bax bununla əlaqədar sualı cavablandırarkən bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]