BOK və BMT post-pandemiya dövründə idmanın və Olimpiya hərəkatının inkişafını müzakirə ediblər
Bakı, 27 iyun, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və qurumun nümayəndəsi Danka Bartekova BMT ilə birgə keçirilən videokonfransda iştirak ediblər.
AZƏRTAC BOK-un rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə keçirilən videokonfransda bir sıra mühüm məsələlər müzakirə olunub. Konfrans iştirakçıları mövcud vəziyyət, post-pandemiya dövründə idman və Olimpiya hərəkatının inkişafı istiqamətlərindən danışıblar. Toplantıda səsləndirilən təkliflər BMT-nin 75 illik yubileyi münasibətilə cari ilin sentyabrında keçiriləcək Baş Assambleyanın iclasında dünya liderlərinə təqdim ediləcək.
Konfrans iştirakçıları koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrin məhz mədəniyyət, idman və turizm olduğunu diqqətə çatdırıblar.
BMT-nin Cenevrə nümayəndəliyinin baş direktoru Tatyana Valovaya qeyd edib ki, pandemiya səbəbindən nəhəng idman tədbirləri ləğv olunub. Dünyanın idman ictimaiyyəti bu il səbirsizliklə “Tokio-2020” Yay Olimpiya Oyunlarını gözlədiyi halda, yarışlar təxirə salındı.
Konfrans müzakirələrlə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]