BOKS ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 14-də Azərbaycan Texniki Universitetinin idman zalında boks üzrə Azərbaycan çempionatı başlanmışdır.
Yarışda respublikanın şəhər və rayonlarından 40 komandanın heyətində 142 idmançı mübarizə aparır.
Yarışın açılış mərasimində Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyev idmançılara uğurlar arzulayaraq, yarışın əhəmiyyətindən danışmışdır. Federasiya prezidenti yarışın yekununda ən güclü dəri əlcək ustalarının ölkəmizi beynəlxalq turnirlərdə təmsil etmək hüququ qazanacağını söyləmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çempionata start verilmişdir. Ölkə çempionatında fərqlənmiş idmançılar yığma komandanın əsasını təşkil edəcəklər. Yarışa yanvarın 18-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]