Boks üzrə Azərbaycan millisi ABŞ-a yollanıb
Bakı, 13 yanvar, AZƏRTAC
Boks üzrə Azərbaycan millisi Olimpiya çəki dərəcələri üzrə lisenziya turnirlərinə və “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığı ABŞ-ın Kolorado ştatında davam etdirəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərli altında 9 boksçu iştirak edəcək.
Məşqçilər heyəti hazırlıqda Nicat Hüseynov (54 kiloqram), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kiloqram), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominges (92 kiloqram) və Məhəmməd Abdullayevi (+92 kiloqram) yoxlayacaq.
Toplanış müddətində ABŞ boksçuları ilə birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində Murad Allahverdiyev (80 kiloqramda) və Məhəmməd Abdullayev (+92 kiloqramda) “Paris-2024”ə lisenziyanı III Avropa Oyunlarında qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]