BOKS ÜZRƏ RESPUBLİKA BİRİNCİLİYİ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 1-də “Təhsil” Respublika İdman Mərkəzində əməkdar məşqçi və idman ustası Süleyman Süleymanovun şərəfinə həsr olunmuş boks üzrə respublika turniri başlamışdır. 1991-92-ci il təvəllüdlü yeniyetmələr arasında 5 gün davam edəcək yarışda “Neftçi” İSM, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Məşəl”, “Rabitəçi” idman klublarının və “Təhsil” RİM-in idmançıları ilə yanaşı, ölkəmizin müxtəlif rayonlarını təmsil edən klub və cəmiyyətlər də iştirak edəcəklər.