Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb
Bakı, 1 aprel, AZƏRTAC
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Respublika Boks Mərkəzində keçirilən ölkəmizin şəhər və rayonlarını təmsil edən 237 idmançı çempionluq uğrunda mübarizə aparıb.
Çempionatda Əli Zamanov (44 kq), Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq) qızıl medallara layiq görülüblər. Orta çəki dərəcələrində isə Elmir Novruzov, Rüfət Mustafazadə, Səlim Səlimov və Rüfət Nəbiyev fərqləniblər. Nisbətən ağır çəki dərəcələrində Cahid Qurbanov, Əmri Novruzov, Adil Vəliyev və Vüqar Səmədov Azərbaycan çempionu adını qazanıblar.
Komanda hesabında “Rabitə” klubu birinci, “Neftçi” kollektivi ikinci, Sumqayıt boksçuları isə üçüncü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]