Boksçularımız Türkiyədə təlim-məşq toplanışında iştirak edəcəklər
Bakı, 26 fevral, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız Avropa Olimpiya təsnifat turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək.
Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevin (+91 kq) hazırlıq səviyyəsini yoxlayacaq. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan boksçularımızla birgə məşqə qatılacağı gözlənilir.
Komandamız martın 21-dək davam edəcək hazırlıq çərçivəsində beynəlxalq turnirə də qatılacaq. Yığmamızın üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək və beş gün davam edəcək. Boksçularımız Türkiyəyə fevralın 26-da yola düşəcək və martın 21-də Vətənə qayıdacaqlar.
Xatırladaq ki, komandamızın heyətində hələlik Tayfur Əliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]