BÖLGƏLƏRDƏKİ HAVA LİMANLARI YENİDƏN QURULACAQDIR
“Azərbaycan Hava Yolları” Dövlət Konsernindən AZƏRTAC-a demişlər ki, xüsusi regional proqram çərçivəsində Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olan bütün hava limanları yenidən qurulacaqdır. Naxçıvanda istifadəyə verilən beynəlxalq hava limanı da həmin layihəyə əsasən tikilmişdir. Ümumiyyətlə, vaxtilə inşa olunan və hazırda yararsız hala düşən Gəncə, Yevlax və digər iri şəhərlərdəki aeroportların bərpası ölkəmizin daxilində sərnişinlərin hava nəqliyyatından istifadəsinə gözəl şərait yaradacaqdır.