Bolqarıstanda epidemik səviyyəyə uyğun olaraq ölkələrin siyahısında dəyişikliklər edilib
Sofiya, 17 iyul, AZƏRTAC
Bolqarıstan ölkəyə daxil ola biləcək əcnəbi vətəndaşların siyahısını yeniləyib.
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın səhiyyə naziri Stoiço Katsarovun bildirdiyinə görə, yaşıl və narıncı zonalardan gələn 12 yaşdan kiçik uşaqlar COVID-19 sənədləri təqdim etmədən Bolqarıstana buraxılır.
Hazırda “qırmızı zona”ya Kipr, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İspaniya, Fici və Küveyt daxildir.
Rusiya və Portuqaliyadan gələn şəxslər ölkəyə daxil olmazdan 72 saat əvvəl mənfi PCR test nəticəsini təsdiqləyən sənəd, Avropa rəqəmsal COVID sertifikatı və ya oxşar sənəd təqdim etməlidirlər.
Yuxarıda qeyd olunan ölkələrdən (Rusiya və Portuqaliyadan) gələn, COVID-19 mənfi testini təqdim etməyən Bolqarıstan vətəndaşları, o cümlədən Bolqarıstanda daimi və uzunmüddətli qalmaq icazəsi olan şəxslər 10 günlük karantinə alınacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]