Bolqarıstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir
Sofiya, 24 sentyabr, AZƏRTAC
Bolqarıstanda koronavirus yoluxmalarının sayı artmaqda davam edir. AZƏRTAC virusla əlaqədar yaradılan operativ qərargaha istinadla xəbər verir ki, son 24 saat ərzində daha 160 nəfərin virusa yoluxması təsdiqlənib. Ümumi yoluxanların sayı 19 min 283 nəfərdir. Hazırda xəstəxanada 726 nəfər, reanimasiya bölməsində isə 29 nəfər yerləşir. Sağalanların sayı 13 min 867 nəfər, ölənlərin sayı 779 nəfərdir. Qeyd edək ki, Bolqarıstan hökuməti vətəndaşları məsafə saxlamağa, sanitar normalara riayət etməyə çağırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]