Bolqarıstanda yanacaq bahalaşıb
Bakı, 13 mart, AZƏRTAC
Bolqarıstanda son bir həftə ərzində yanacaq qiymətlərində artım qeydə alınıb, ən böyük bahalaşma isə dizel yanacağında müşahidə olunub.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Fuelo platforması məlumat yayıb. Bildirilib ki, Aİ-95 markalı benzininin qiyməti son bir həftədə litri 0,06 avro artaraq 1,36 avroya çatıb. Premium Aİ-98 markalı benzininin qiyməti də 0,06 avro artaraq litri 1,57 avro olub.
Dizel yanacağının qiyməti isə 0,12 avro artaraq litri 1,48 avroya yüksəlib.
Bolqarıstanın Baş nazirinin müvəqqəti müavini Andrey Qurov bildirib ki, yanacaq qiymətlərinin artması fonunda həssas qruplar və müəssisələr üçün dəstək tədbirləri nəzərdən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]