Bolqarıstanın kodifikasiya sisteminin imkanlarına və funksiyalarına dair təqdimat keçirilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycanın və Bolqarıstanın Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti respublikamızda səfərdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bolqarıstanlı mütəxəssisləri BULCOD milli kodifikasiya sisteminin imkanları və funksiyaları barədə azərbaycanlı həmkarlarına brifinq təqdim ediblər.
Tədbirdə, həmçinin NATO kodifikasiya sisteminin Bolqarıstan Müdafiə Nazirliyində tətbiqinə, onun faydalarına, eləcə də bu sahədə istifadə olunan rəhbəredici sənədlərin hazırlanmasına dair müzakirələr aparılıb.