CƏMİYYƏT
Bolqarıstanlı jurnalist: COP29-la bağlı xəbərləri AZƏRTAC-dan izləyirəm
Bakı, 22 noyabr, AZƏRTAC
Mən Bolqarıstan milli xəbər agentliyinin baş redaktoruyam. Bu, Bolqarıstanın milli xəbər agentliyidir və iqtisadiyyat departamentindən bir həmkarımla birlikdə işıqlandırdığım ikinci COP tədbiridir.
Bakı məni özünə heyran etdi. Konfransın keçirildiyi məkan inanılmazdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bolqarıstan milli xəbər agentliyinin (BTA) baş redaktoru Antoaneta Markova deyib.
“Konfransın gözlədiyimiz nəticələrindən çox şey asılıdır. Bakıdan Braziliyaya köçəcək məsələlər olacaq, amma xeyli irəliləyişlərin də əldə olunacağına inanıram. Dünya ölkələri birlikdə hərəkət etməlidir.
Biz jurnalistlər xaricə səyahət edəndə və tərəfdaş təşkilatlardan həmkarlarımızı görəndə çox sevinirik. Neçə gündür COP29-la bağlı xəbərləri sizin xəbər agentliyinizdən - AZƏRTAC-dan izləyirəm”, - deyə bolqarıstanlı jurnalist qeyd edib.