BORULAR BU GÜNLƏRDƏ BAKIYA GƏTİRİLƏCƏKDİR
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsi üçün nəzərdə tutulan 10 min ton borunun ilk hissəsi yanvarın 15-də Gürcüstanın Poti limanına boşaldılmışdır.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, həmin gün Gürcüstan Beynəlxalq Neft Korporasiyasının nümayəndələri, bp şirkətinin vitse-prezidenti Maykl Taunsend limanda olmuşlar. Borular bu günlərdə Səngəçal terminalının yaxınlığındakı Umbakı bazasına daşınacaqdır.
Gürcüstan ərazisi üçün nəzərdə tutulan 10 min ton boruları gətirəcək ilk gəmilər isə yanvarın 21-də Poti limanına yan alacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:37]
Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm oyur
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]
® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]