Böyük Britaniya Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək
London, 8 mart , AZƏRTAC
Böyük Britaniya 2020-ci ilin sonunda Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın Nəqliyyat katibi Qrant Şaps məlumat verib. O deyib ki, Brexit keçid dövrü başa çatdıqdan sonra ölkəsi Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək. Beləliklə, Böyük Britaniyanın Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinə təyyarələrin uçuşa yararlılığını təsdiqləyən üzvlüyü 2020-ci il dekabrın 31-də başa çatacaq.
Nəqliyyat Departamentindən verilən açıqlamada bildirilib ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinə üzv olmaq iqtisadi və siyasi müstəqilliyə sahib olan Britaniyaya uyğun deyil.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]