Azərbaycan Dövlət İnformasiya Agentliyi

BÖYÜK BRİTANİYA BAŞ NAZİRİNİN BİZNES İMKANLARININ İNKİŞAFI ÜZRƏ XÜSUSİ TƏMSİLÇİSİ BRAYN UİLSONUN ÇIXIŞI

- Hörmətli Prezident!

Hörmətli xanımlar və cənablarHörmətli mərasim iştirakçıları!

Mən yenidən Bakıya gəlməyimdən və burada iştirak etməyimdən çox şadam. Mən dördüncü dəfədir ki, beynəlxalq neft və qaz sərgisində iştirak edirəm. Bu, həm də mənə Böyük Britaniyanın Azərbaycana olan diqqət və marağını çatdırmaq üçün verilmiş bir fürsətdir.

Bu gün Azərbaycan çox böyük dəyişikliklərə nail olmuşdur. Bu məsələdə mən öz düşündüklərimi sizinlə bölüşmək istəyirəm. Mən həm də Sizin atanızın vəfatı ilə əlaqədar kədərimi bildirmək istəyirəm. Çünki Azərbaycanın və xalqınızın rifahı milli lider Heydər Əliyevin böyük istəyi olmuş və onun əməyi, səyi nəticəsində mühüm irəliləyişlər əldə edilmişdir.

Hazırda dünya bazarında neftin qiymətinin artması prosesi gedir. Eyni zamanda, enerji ehtiyatlarının artırılmasına da böyük ehtiyac vardır. Azərbaycan və Böyük Britaniya bu sahədə öz əlaqələrini və əməkdaşlığı daha da genişləndirmək istəyirlər. Bu baxımdan sərginin təşkilində Azərbaycan və Böyük Britaniya şirkətlərinin işini yüksək qiymətləndirirəm.

Böyük Britaniya şirkətləri burada əsas iştirakçılardan biridir. Neft-qaz layihələrinin həyata keçirilməsində mənim ölkəmin şirkətləri çox böyük rol oynayır. Ölkəmiz hazırda bu sahənin inkişafına ciddi səylər göstərir. Burada Britaniyanın neft, xidmət və podratçı şirkətləri vardır. Onlar öz ehtiyaclarına uyğun olaraq, Azərbaycanın neft və qaz layihələrinin gələcək inkişafına nail olmaq üçün ciddi səy göstərirlər. Eyni zamanda, biz həm də çalışırıq ki, Azərbaycan mühəndislərini, işçilərini yeni biliklər və texnologiyalarla təmin edək. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan öz neft və qaz ehtiyatlarını dünya bazarına çıxara biləcəkdir. Bu da Azərbaycan xalqının rifahının yüksəlməsinə geniş imkanlar yaradacaqdır.

Cənab Prezident!

Biz, eyni zamanda, ölkənizin beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulmasını alqışlayırıq. Azərbaycan bu sahədə böyük bir addım atmışdır. Mən qeyd etmək istəyirəm ki, Azərbaycanın bu təşəbbüsə qoşulması neftdən əldə olunan gəlirlərin daha şəffaf idarə olunmasına böyük kömək göstərəcəkdir. Bu, həm də ölkənizdə demokratiyanın inkişafı sahəsində mühüm bir addımdır.

Cənab Prezident, Baş nazir Toni Bleyerin təbrik məktubunda da bir fikir xüsusi vurğulanır ki, Azərbaycan təkcə özünün deyil, eləcə də bütün region dövlətlərinin inkişafında mühüm bir rol oynayır. Biz Azərbaycanın şəffaflıq istiqamətində atdığı addımı yüksək qiymətləndiririk. Mən Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifovu da təbrik etmək istəyirəm. Sizin bu addımınız ölkənizdə sülhün və əmin-amanlığın əldə olunmasında böyük imkanlar yaradır. Şəffaflıq sərmayələrin daha da artması üçün əlverişli şərait yaradır və mən çox şadam ki, əksər şirkətlər də bu təşəbbüsü dəstəkləyir. Böyük Britaniya hökuməti qeyri-hökumət təşkilatlarının da bu təşəbbüsü dəstəkləməsini yüksək qiymətləndirir.

Əlbəttə, gələcək inkişafa nail olmaq üçün neft sahəsindən əldə olunan gəlirlərin idarə olunmasında şəffaflıq mühüm rol oynayır. Ona görə də Böyük Britaniya hökuməti energetika sahəsində şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirir. Yalnız istehlakçı ölkələrdə deyil, hasilatçı ölkələrdə də şəffaflığa nail olunmasının böyük əhəmiyyəti vardır. Biz əminik ki, tələbat və istehlak bazarın daha düzgün başa düşülməsində mühüm rol oynayacaqdır.

Mən öz çıxışımı bu fikirlə bitirmək istəyirəm. Azərbaycanda neft və qaz sərgisi keçirilir və son onillik ərzində belə bir imkan yaranmışdır ki, bütün şirkətlər burada görüşərək, fikir mübadiləsi aparsınlar.

Mən hökumətim adından, cənab Toni Bleyerin adından sərginin açılışı münasibətilə bir daha sizi təbrik edir və təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Azərbaycan bu sahədə böyük rol oynamaqla, öz işini davam etdirəcəkdir. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafında sizə uğurlar diləyirəm.

X X X

Sonra Yunanıstanın Azərbaycandakı səfiri Merkurios Karafotias ölkəsinin Prezidenti Konstantinos Stefanopulosun, Fransanın respublikamızdakı səfiri xanım Şantal Puare ölkəsinin Baş naziri Jan-Pyer Raffarenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunu oxudular. Məktubların mətni qəzetin bugünkü nömrəsində dərc olunur.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindən sonra sərgiyə baxdı. Dövlətimizin başçısı əvvəlcə ARDNŞ-in ekspozisiyası ilə tanış oldu. Burada “Əsrin müqaviləsi”nin imzalanması, “Çıraq” yatağından ilk neftin alınması, ümummilli liderimiz Heydər Əliyevin “Dədə Qorqud” platformasında olması, “Şahdəniz” layihəsi ilə bağlı görülən işlər barədə şəkillər, Azərbaycan Dövlət Neft Şirkətinin nəşri olan yeni kitab da nümayiş etdirilir. Şirkətin vitse-prezidenti Xoşbəxt Yusifzadə son on ildə əldə olunan nəticələr barədə danışaraq dedi ki, 1997-ci ildə Azərbaycanda neft hasilatı cəmi 9 milyon ton idi. İndi 15 milyon tona çatmışdır. 2003-cü ildə mənfəət neftimiz 4 milyon 94 ton idi, bu il isə 5 milyon 494 ton olacaqdır. Eyni zamanda, Neft Fonduna gələn gəlirlər 2003-ci ildə 908 milyon dollar idisə, indi 1 milyard 138 milyon dollar olubdur.

Ölkə Prezidentinə Xəzərin Azərbaycan sektorundakı yataqların və neft boru kəmərlərinin təsvir olunduğu maket nümayiş etdirildi və bildirildi ki, hazırda Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Azərbaycan ərazisinin 452 kilometrindən təqribən 200 kilometrinə boru düzülmüş, onun 155 kilometrinin üstü örtülmüşdür. Gürcüstan ərazisində kəmərin 90 kilometrinin, Türkiyədə isə 200 kilometrinin üstü örtülmüşdür. Eyni zamanda, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi, Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri və qoyulan yeni nasoslar barədə də söhbət açıldı.

Azərbaycan Prezidentinə ARDNŞ-in yaratdığı AZLAB qapalı tipli səhmdar cəmiyyəti barədə məlumat verildi. Bildirildi ki, 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Norveçdə səfərdə olarkən ona laboratoriya bağışlanmışdı. Həmin laboratoriyanın əsasında bu cəmiyyət yaranmışdır. AZLAB təkcə Azərbaycanda yox, Xəzər regionunda nüfuzlu elmi tədqiqat mərkəzinə çevrilmişdir. Bu gün onun sifarişçiləri Qazaxıstan və Türkmənistandır. AZLAB Özbəkistanda da bir müsabiqədə qalib gəlmişdir. ARDNŞ-in vitse-prezidenti dedi ki, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri ilə müqavilələr əsasında 750 min dollara alınmış xüsusi laboratoriyada quraşdırılan avadanlıq hesabına işlər görürük. Biz lazımi işlər barədə dəqiq məlumat verərək və kəşfiyyat quyularının qazılmasına xərclənəcək vəsaitə qənaət edərək, Azərbaycana milyonlarla dollar fayda vermiş oluruq. Bütün bu avadanlığı AZLAB öz hesabına quraşdırmışdır.

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin tabeliyində olan istehsalat birliklərinin, emal zavodlarının, eləcə də “Barmek” şirkətinin, “Azəriqaz” Səhmdar Cəmiyyətinin və digər yerli müəssisələrin son nailiyyətləri ilə, tikilən yeni platformalarla, Abşeron Magistral Qaz Kəmərləri Şəbəkəsi, dənizin ekologiyasını yaxşılaşdırmaq üçün görülən tədbirlərlə tanış oldu.

Sonra ABƏŞ-in başçısı, bp şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Devid Vudvord Prezident İlham Əliyevə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında görülən işlər barədə məlumat verdi, ilk neftin 2005-ci ildə hasil edilməsi üçün tikinti işlərinin cədvələ uyğun davam etdiyini bildirdi. Faza-1, Faza-2, Faza-3 layihələri, Səngəçal terminalında görülən işlərin gedişindən də danışıldı və bildirildi ki, bu işlərə Azərbaycanın 3500 nəfərdən çox vətəndaşı cəlb olunmuşdur.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində tikintisinin gedişinə dair videofilmə də baxdı.

“Ekson/Mobil”, “Total””, “Yupek”, “Statoyl”, ”İtoçu”, “Siemens”, “Türkiyə Petrolları Anonim Ortaqlığı” və bir çox başqa şirkətlərin, Amerikanın Azərbaycandakı Ticarət Palatasının ekspozisiyalarına baxış zamanı Azərbaycan Prezidentinə onların birgə layihələrdə iştirakı haqqında məlumat verildi.

Sərgi ilə tanışlıq zamanı dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq sərgi-konfransın xatirə kitabını imzaladı.

X X X

“Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2004” beynəlxalq sərgi və konfransın açılış mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavinləri Abid Şərifov, Yaqub Eyyubov, Milli Məclisin deputatları, ARDNŞ-in prezidenti Natiq Əliyev, nazirliklərin, komitələrin, konsernlərin rəhbərləri, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb