Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
London, 29 oktyabr, AZƏRTAC
Britaniya Rusiyanın üç ictimaiyyətlə əlaqələr agentliyinə və üç şəxsinə sanksiya tətbiq edib.
AZƏRTAC-ın Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Sosial Dizayn Agentliyi" (SDA), "Struktura" və "Ano Dialoq" agentlikləri sanksiyalara məruz qalıb. Bu agentliklərin, demokratiyanı zəiflətmək məqsədilə bir sıra müdaxilə əməliyyatları həyata keçirməyə çalışdığı bildirilib.
Sanksiya tətbiq olunan şəxslər arasında SDA-nın təsisçisi İlya Qambaşidze, SDA-nın icraçı direktoru və “Struktura”nın sahibi Nikolay Tupıkin, eləcə də SDA-nın layihə direktoru Andrey Perla da yer alır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]