BÖYÜK BRİTANİYA SAHİLLƏRİNDƏ BAŞ VERMİŞ FACİƏDƏ ÖLƏNLƏRİN SAYI 18-Ə ÇATMIŞDIR
Onlar Böyük Britaniyanın Morkam körfəzində ilbiz tutan Çin balıqçıları idi. AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Çin televiziyasının bildirdiyinə görə, 16 kişi və 2 qadın cəsədi aşkar edilmişdir. Faciəyə səbəb qabarma zamanı suyun səviyyəsinin sürətlə qalxması olmuşdur. 30 nəfərdən artıq adam sahildən aralı düşsə də, hələlik zərərçəkənlərin dəqiq sayı bilinmir.
Məlumdur ki, 14 nəfəri sahil mühafizə xidmətləri xilas etmiş, iki nəfər hospitala çatdırılmış, qalanları isə yerli polis məntəqəsindədir.
Həlak olanların və xilas edilənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün ÇXR-in Böyük Britaniyadakı səfirliyinin nümayəndələri hadisə yerində olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]