Böyük Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərə bilər
London, 7 mart, AZƏRTAC
Böyük Britaniya hökuməti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda təyyarədaşıyan hərbi gəminin mümkün yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Məlumata görə, Böyük Britaniyanın Kral Donanmasına məxsus “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin hərəkətə hazır olma müddəti 10 gündən 5 günə endirilib. Bu isə gəminin zəruri qərar qəbul ediləcəyi halda daha sürətli şəkildə əməliyyata cəlb olunmasına imkan verəcək.
Mənbələrin bildirdiyinə görə, ABŞ və İsrailin İranla münaqişəsi fonunda ekipaj üzvlərinə də mümkün yerləşdirmə barədə xəbərdarlıq edilib.
Qeyd olunur ki, bu addım gəminin mütləq şəkildə Yaxın Şərqə göndəriləcəyi anlamına gəlmir. Lakin belə bir qərar qəbul olunarsa, Böyük Britaniyanın Baş nazirinin gəmini daha sürətli şəkildə bölgəyə göndərmək üçün əlavə imkanları olacaq. F-35 qırıcı təyyarələri daşıya bilən “HMS Prince of Wales” gəmisi adətən digər hərbi gəmilər və sualtı qayıqla müşayiət olunur. Gəmi hazırda Portsmut hərbi dəniz bazasında yerləşir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]