Böyük Britaniyanın Ali Məhkəməsi: Boris Consonun qərarı hüquqa ziddir
Bakı, 24 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Ali Məhkəməsinin yekdilliklə qəbul etdiyi qərarda bildirilir ki, Baş Nazir Boris Consonun ölkə parlamentinin fəaliyyətinin dayandırılması barədə qərarı Konstitusiyaya və hüquqa zidd addımdır.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, 11 hakimin yekdilliklə qəbul etdiyi qərarda ölkənin Brexit kimi taleyüklü məsələlərində parlamentin söz sahibi olmasının tamamilə vacib olduğu vurğulanır. Əlavə olunur ki, qanunverici orqanın fəaliyyətinin beş həftəliyinə dayandırılması qərarının heç bir hüquqi əsası yoxdur və bu səbəbdən həmin qərar qanunaziddir. Boris Consonun Kraliça II Elizabetə təqdim etdiyi müvafiq sənədin də hüquqi əsası olmadığını vurğulayan hakim heyəti əlavə edib ki, parlamentin iclası yenidən keçirilməlidir.
Ali Məhkəmənin iclasının davam etdiyi vaxt həm Brexit tərəfdarları, həm də onun əleyhdarları nümayişlər keçiriblər. Avropa İttifaqın Komissiyasının sözçüsü Nataşa Bertod isə bildirib ki, “Britaniyanın daxili Konstitusiya məsələləri ilə bağlı şərh vermək istəmir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]