Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Britaniyanın Avropa İşləri üzrə naziri özünün ikili standartlarını etiraf etmişdir

Berlin, 13 may (AZƏRTAC). Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs barədə sazişin imzalanmasının 20 illiyi münasibəti ilə sağlam təfəkkür çərçivəsindən kənara çıxan bəyanat vermişdir (bax: https://www.gov.uk/government/news/fco-minister-comments-on-20th-anniversary-of-nagorno-karabakh-ceasefire).

Nazir bəyanatında bildirmişdir ki, həmin saziş döyüş əməliyyatlarına son qoysa da, hələ də sülh əldə edilməmişdir. O, dediklərinə “sübut” kimi, silahlı qüvvələrin təmas xəttində snayperlərin olması, habelə onların açdıqları atəş nəticəsində insanların tələf olması faktlarını gətirmişdir. Yəni nazir belə hesab edir ki, problem bir dövlətin başqa bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etməsində və öz silahlı qüvvələrini həmin ərazilərdə yerləşdirməsində deyil (məsələn, Britaniya donanması Folklend adalarına gəlib bu yerləri azad etmək üçün döyüş əməliyyatlarına başlayana qədər Argentina ordusu hissələrinin həmin adalarda yerləşməsi), ...snayperlərdə imiş!

Gör ha, bəlanın kökü snayperlərdə imiş! Sən demə, başqasının ərazisini işğal etmək qəbahət deyilmiş, snayperlər isə (yeri gəlmişkən, birtərəfli işğaldan fərqli olaraq, snayperlər hər iki tərəfdə vardır) “daha ciddi məsələdir!”.

Onda bəs nə üçün Krım, Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya məsələlərində Böyük Britaniya yalnız snayperlərin kənarlaşdırılması çağırışı ilə kifayətlənmir, bu ərazilərdə xarici ölkənin ordu hissələrinin olmasından narahatlıq keçirir (yeri gəlmişkən, tamamilə ədalətli şəkildə) və işğal edilmiş ərazilər üzərində Ukrayna, Moldova və Gürcüstanın suverenliyinin bərpa olunması məsələsini xatırlayır? Belə ayrı-seçkiliyə görə Azərbaycanın qəbahəti nədir?

D.Lidinqtonun fikrincə, Ermənistan və Azərbaycan arasında sülh yalnız “qarşılıqlı kompromislər” əsasında mümkündür. Amma icazə verin, cənablar, soruşaq: belə olan halda bəs nə üçün Böyük Britaniya “qarşılıqlı kompromislər” əsasında Argentina ilə sülhə nail olmağa cəhd göstərmək (məsələn, adaların onların arasında bölünməsi) və iki ölkənin, üstəgəl Folklend adaları sakinlərinin vətəndaş cəmiyyətləri səviyyəsində etimad tədbirləri görmək əvəzinə, adaları azad etmək üçün ora donanma göndərmişdir? Bu gün biz Dnestryanı bölgə, Krım, Şərqi Ukrayna, Abxaziya və Cənubi Osetiya məsələlərində “qarşılıqlı kompromislər” barəsində nəsə eşidirikmi? Yox, eşitmirik. Bəs belə bir “imtiyaz” nə üçün Azərbaycana rəva görülmüşdür?

Ümumiyyətlə, cənab Lidinqton, dünyanın Bakıdan necə kompromis gözlədiyi barədə Azərbaycana bəlkə ucundan-qulağından məlumat verəsiniz, konkret olaraq, nədə güzəştə getməliyik? Biz, azərbaycanlılar bilmək istəyirik: Ermənistandan nə qoparmışıq ki, bu gün də onu kompromis şəklində geri qaytaraq? Sizi başa düşməyimizə kömək edin, bizə izah edin! Cavab verin: nə üçün dünya Ukrayna, Gürcüstan və Moldovadan belə güzəştlər gözləmir?

Lidinqton insani əlaqələrdən (görünür, o, “xalq diplomatiyasını” nəzərdə tutur) və “Azərbaycan, Ermənistan və (!) Dağlıq Qarabağda” icmalar arasında daha böyük anlaşma əldə olunmasından danışarkən, bəlkə kimi nəzərdə tutduğunu - münaqişədən əvvəl Dağlıq Qarabağda yaşayanları, yaxud etnik təmizləmələrdən sonra hazırda orada yaşayanları nəzərdə tutduğunu bizim kimi məsələdən bixəbər olan adamlara izah edə bilərmi? Əgər ikincini nəzərdə tutursa, onda icazə verin, soruşaq: Dağlıq Qarabağ azərbaycanlılarının “insani əlaqələr” qurmaq üçün hətta öz yurd-yuvalarına qayıtmaq imkanları olmadığı halda, məsafədən belə əlaqələr yaratmaq nə dərəcədə mümkündür? Bəlkə SKAYP-la?

Aİ və ABŞ Ukrayna və Gürcüstan məsələlərinə dair Cenevrə görüşləri zamanı Ukrayna-RF-Krım, Ukrayna-RF-Luqansk-Donbas, Gürcüstan-RF-Abxaziya, Gürcüstan-RF-Cənubi Osetiya icmaları arasında “daha artıq anlaşma” əldə edilməsinə çağırırmı? Yox, həqiqətən, əlinizi ürəyinizin üstünə qoyub deyə bilərsinizmi, Cenevrə görüşləri və digər danışıq formatları çərçivəsində buna bənzər çağırışlar heç olmasa bir dəfə səslənibmi? Bəs nə üçün qulağa əsla xoş gəlməyən “Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ” söz sırası getdikcə daha çox və ucadan səslənir, halbuki Qərb usanmadan təkrar edir ki, Krım, Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya xalqları müvafiq olaraq, Ukrayna, Moldova və Gürcüstan xalqlarıdırlar.

D.Lidinqton öz bəyanatında insanlar arasında barışığın əldə edilməsinə gətirib çıxara bilən əlaqələrin əhəmiyyətini vurğulayır. Britaniya nazirinə məlum olsun ki, Bakı rəsmi diplomatiya ilə xalq diplomatiyasının uzlaşdırılmasını həmişə dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir: Yerevanın və Bakının rəsmi şəxsləri arasında danışıqlar prosesi münaqişədən əvvəl Dağlıq Qarabağda yaşamış və nizamasalmadan sonra burada çiyin-çiyinə yaşayacaq iki icma arasında xalq diplomatiyasını uyğunlaşdıra bilər və uyğunlaşdırmalıdır. Lakin, məhz erməni tərəfi Dağlıq Qarabağın azərbaycanlı icması ilə hər cür əlaqələrdən boyun qaçırır, rəsmi şəxslər olmayan Qarabağ ermənilərini rəsmi şəxslərin danışıqlar masası arxasında oturtmaq kimi xam xəyallar qururlar. Lakin onlar özlərini bu rolda görsələr belə, bu, onların ümumi evi olan Dağlıq Qarabağın eyni hüquqlu azərbaycanlı icmasının rəhbərləri ilə eyni dərəcədə ola bilər. Xalq diplomatiyasına qarşı çıxış edən azərbaycanlılar icması deyil, Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşmək, onlarla əlaqə yaratmaq dəvətlərindən dəfələrlə imtina etmiş erməni icmasıdır.

Böyük Britaniya nazirinin bəyanatlarında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin 7 may tarixli çıxışına istinad vardır. Amerikalı həmsədr çıxışında Dağlıq Qarabağın statusu məsələsinə dair iradə bildirilməsinin nəticələrini qəbul etməyin məcburi olmasını Madrid prinsiplərinin elementlərindən biri adlandırmışdır.

Burada söhbət konkret olaraq nədən gedir və C.Uorlikin fikrincə, səsvermə hansı ərazidə - təkcə Dağlıq Qarabağda, yaxud Azərbaycanın bütün ərazisində keçirilməlidir?

Bax, əsas məsələ budur! Bizə yalnız bunu xatırlatmaq qalır ki, ABŞ və Aİ, o cümlədən Böyük Britaniya Krımda və Ukraynanın cənub-şərq vilayətlərində referendumları tanımaqdan bu səbəbdən imtina etmişlər ki, Ukrayna Konstitusiyası lokal referendumların keçirilməsinə yol vermir, ölkənin ərazisi isə, elə həmin Konstitusiyaya görə, yalnız Ümumukrayna referendumu nəticəsində dəyişdirilə bilər.

Almaniyanın “Deutsche Welle” agentliyi Krımda və Şərqi Ukraynada referendumları legitim saymağın nə üçün mümkün olmamasının səbəblərindən birini belə izah etmişdir: “Ukrayna Konstitusiyası və Ukrayna qanunları yerli referendumlar keçirilməsini nəzərdə tutmur. Yalnız Ümumukrayna referendumu mümkündür. Belə referendumda 54 milyon əhalisi olan bir ölkənin səsvermə hüququna malik bütün sakinləri iştirak edə bilərlər. Ərazi quruluşunun dəyişdirilməsi barədə referendumu yalnız parlament təyin edə bilər (bax. http://www.dw.de/почему-референдумы-на-востоке-украины-нельзя-считать-легитимными/a-17626026).

Ağ evin 16 mart tarixli bəyanatında deyilir: “Biz bu gün Ukraynanın Krım regionunda keçirilən “referendumu” qəbul etmirik. Bu referendum Ukrayna konstitusiyasına ziddir” (bax: http://www.unian.net/politics/897100-ssha-ne-priznayut-rezultatyi-kryimskogo-referenduma.html). Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompeyin və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun birgə bəyanatında deyilir: “Avropa İttifaqı Ukrayna ərazisinin bir hissəsinin gələcək statusu barədə referendum keçirilməsini Ukrayna Konstitusiyasına və beynəlxalq normalara zidd hesab edir. Referendum qanunsuzdur, qeyri-legitimdir və onun nəticələri tanınmayacaqdır” (bax: http://www.unian.net/politics/897097-referendum-v-kryimu-yavlyaetsya-nezakonnyim-i-ego-rezultat-ne-budet-priznan-rompey-i-barrozu.html).

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton da Krımda keçirilmiş referendumu “Ukrayna konstitusiyasına zidd” adlandırmışdır (bax: http://www.unian.net/politics/897222-referendum-v-kryimu-protivorechit-zakonam-ukrainyi-i-mejdunarodnyim-normam-eshton.html).

Gördüyümüz kimi, hamı məhz Ukrayna Konstitusiyasına istinad edir. Bu da tamamilə ədalətlidir. Bəs nə üçün söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çatanda, hamı birdən Azərbaycan Konstitusiyasını unudur və üzr istəyirəm, artıq ürək bulandıran “danışıqlar ATƏT-in Mİnsk qrupunun vasitəçiliyi ilə aparılır, münaqişənin həlli yalnız qarşılıqlı kompromislər əsasında və ərazi bütövlüyünün eyni prinsiplərinə söykənərək, zor tətbiqindən və zor tətbiqi təhdidindən imtina edərək, millətin təyini-müqəddəratı hüququ əsasında sülh yolu ilə həll edilə bilər” sözlərini mininci dəfə təkrar etməyə başlayır? Mövzudan bir qədər kənarlaşıb qeyd etmək istəyirəm ki, müxtəlif mətbuat konfranslarında Avropadakı və okeanın o biri tayındakı siyasətçilərə hansı sualı verirəmsə-verim, onların cavabı həmişə birdir (bax, yuxarıda). Biz bu cavabı irəlicədən bilirik və əzbər öyrənmişik! Düzü, bu sözlər konkret suallara cavab yox, əslində, cavabdan qaçmaqdır.

Ümidvarıq ki, Aİ və ABŞ Ukrayna və Azərbaycanın konstitusiyalarına fərqli yanaşmayacaqlar, çünki hər iki konstitusiyaya görə, lokal referendumların keçirilməsinə, xüsusən də, həmin ölkələrin mərkəzi hökumətlərinin razılığı olmadan onların ərazilərinin, yaxud ərazilərinin bir hissəsinin statusunun dəyişdirilməsi eyni dərəcədə yolverilməzdir. Axı, Madrid prinsiplərində söhbət, sadəcə, statusun deyil, məhz “hüquqi statusun” (legal status) müəyyən olunmasından gedir ki, bu da Konstitusiyaya zidd addımları istisna etməlidir!”. Yoxsa, bir halda Qərbin ölkənin Əsas Qanununa zidd olan referendumları (Krım və Ukraynanın cənub-şərq vilayətlərində keçirilən referendumları) tanımaqdan imtina etməsində, başqa bir halda (məsələn, Dağlıq Qarabağda) status məsələsi üzrə gələcəkdə öz iradəsini ifadəetməni “tanınmaq üçün məcburi” adlandırmasında məntiq varmı?! Razılaşın ki, heç bir məntiq yoxdur. Elə deyilmi!?

Dağlıq Qarabağın statusu barədə “öz iradəsini ifadə etmə” ilə əlaqədar, bir məqamı da xatırlatmaq istərdim. AFR-in federal kansleri Angela Merkel martın 13-də, yəni Krım “referendumu” ərəfəsində verdiyi bəyanatda bildirmişdir ki, “Ukraynanın ərazi bütövlüyü müzakirə olunmur, Rusiya qoşunlarının Krımda yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır” (bax: http://www.radiosvoboda.org/content/article/25295349.html). Belə çıxır ki, vasitəçilər Dağlıq Qarabağın statusu məsələsi barədə öz iradəsini bildirməyin nəticələrinin məcburi şəkildə tanınmasından danışırlarsa, deməli, Azərbaycanın ərazi bütövlüyü məsələsi “müzakirə edilə bilər”? Eyni qayda ilə, bir halda ki, hamı yalnız snayperlərdən danışır, deməli, erməni qoşunlarının Dağlıq Qarabağda yerləşməsi beynəlxalq hüquqa “uyğundur”. Belə çıxır?

İkili standartlar məhz burada özünü göstərir!

Nazir Lidinqton bəyanatının sonunda münaqişənin “Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqlarının maraqları naminə” həllindən danışır. Yenə də onun məsələyə aydınlıq gətirməsini istərdim: “Dağlıq Qarabağ xalqı” dedikdə kimi nəzərdə tutur?

Sonda C.Uorlik, D.Lidinqton kimi siyasətçiləri və başqalarını belə bir mümkün illüziyadan çəkindirmək istərdim ki, guya onların ikimənalı bəyanatları Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejimini möhkəmləndirir. Onlar həqiqətən belə düşünürlərsə, səhv edirlər: onların bəyanatları müharibəni uzaqlaşdırmaq əvəzinə, daha da yaxınlaşdırır. Onlar erməni tərəfi bir az da arxayınlaşdırır, halbuki bu tərəf birinci addımı atıb əvvəlcə Dağlıq Qarabağın ətrafındakı 7 rayondan işğalçı qoşunlarını çıxarmağa başlamalı, daha sonra məcburi köçkünlərin oraya qaytarılmasını və 25 il ərzində ilk dəfə qanuni seçkilər keçirilməsini təmin etməli olan beynəlxalq sülhməramlı qüvvələrin Dağlıq Qarabağa yeridilməsi üçün imkan yaratmalıdır (əks halda Dağlıq Qarabağın qəti statusunu iradə bildirilməsi yolu ilə necə müəyyən etmək olar ki, seçicilərin düz üçdə bir hissəsi, etnik təmizləmələr səbəbindən, orada yoxdur!). Eyni zamanda Ermənistan tərəfini ruhlandıran və danışıqlarda güzəştə getməsinin qarşısını alan belə bəyanatlar Azərbaycan tərəfinin Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etmək qətiyyətini əsla azaltmır. Beləliklə, bu cür bəyanatlar sayəsində yeni müharibə uzaqlaşmır, əksinə, yaxınlaşır. Yeni qırğınların səbəbi - dünya birliyinin ikili standartları, Qərbin Krımda və cənub-şərqi Ukraynada baş verən hadisələrlə bağlı sanksiyaların heç olmasa bir hissəsini Ermənistana tətbiq etmək istəməməsi olacaqdır.

Lakin Azərbaycan bu ikili standartlar və ərazisinin 20 faizinin işğalı probleminə Qərbin tam biganəliyi fonunda Qarabağda öz antiterror əməliyyatına (elə həmin Qərb bu antiterror əməliyyatının Ukrayna analoqunu konstitusiyaya uyğun, Avropa Parlamenti isə öz qətnaməsində “BMT Nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq Kiyevin legitim özünümüdafiə hüququ” (bax: http://www.unian.net/politics/908974-evroparlament-podderjal-deystviya-ukrainyi-na-vostoke-i-podtverdil-ee-pravo-na-samooboronu-rezolyutsiya.html) adlandırır) başlasa, onda bizim antiterror əməliyyatını artıq heç kəs tənqid edə bilməz. Onda heç kəs “zor tətbiqindən imtina etmək” prinsipini dilinə gətirməyə cəsarət edə bilməz, çünki Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması, BMT Nizamnaməsinin yuxarıda göstərilən maddəsinə müvafiq olaraq, məhz təcavüzün və zor tətbiq edilməsinin nəticəsidir.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb