Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük zəlzələdən ötən üç il: Yaponiya fəlakət qurbanlarının xatirəsini anmışdır

Tokio, 11 mart (AZƏRTAC). Yaponiyada dəhşətli doqquz ballıq zəlzələ, onun ardınca baş vermiş sunami və hidrogen partlayışından üç il ötür. Fəlakət nəticəsində 16 minə yaxın insan həlak olmuş, 3 min nəfərə yaxın adam isə hələ də itkin sayılır.

Martın 11-də Yaponiyada tarix boyu baş vermiş ən dəhşətli təbii fəlakətin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Anma mərasimində milyonlarla insan iştirak etmiş, həlak olanların xatirəsi önündə baş əyərək dualar oxunmuşdur.

Tokio Milli Teatrının binasında keçirilən anma mərasimində İmperator Akihito, imperatriça Mitiko və Baş nazir Şinzo Abe iştirak etmişlər. Fəlakətdən zərər çəkmiş Hönsü adasının şimal-şərq sahillərindəki yaşayış məntəqələrinin hamısında anma mərasimləri təşkil olunmuşdur. İnsanlar sunaminin dağıtdığı evlərinin yerləşdiyi ərazilərə baş çəkmişlər. Üç il əvvəl böyük ziyan dəymiş Miyako şəhərinin sahillərində yeni zəlzələ baş verəcəyi təqdirdə lazım olan tədbirlərin həyata keçirilməsi barədə təlimlər keçirilmişdir. Polis və sahil mühafizəsi hələ də cəsədləri tapılmamış insanların simvolik axtarışını təşkil etmişdir.

Gündüz saat 14:46 dəqiqədə bütün ölkədə sükut anı keçirilmişdir. Üç il bundan əvvəl, 2011-ci il martın 11-də məhz həmin vaxt Hönsü adasının şimal-şərqində yerləşən Miyaqi prefekturasının sahillərini təbii fəlakət vurmuşdur. Güclü zəlzələ bəzi yerlərdə hündürlüyü 40 metrə çatan nəhəng dalğalar əmələ gətirmişdir. Nəticədə 400 min tikili dağılmış, şəhərlərin yaşayış kvartalları və məntəqələr suyun altında qalmışdı. Bundan əlavə, “Fukusima-1” atom elektrik stansiyasında (AES) enerji təchizatı və soyutma sistemləri sıradan çıxmışdı. Bu, nüvə yanacağının əriməsinə səbəb olaraq, hidrogen partlayışı yaratmış, ətraf rayonlar radioaktiv yoluxmaya məruz qalmışdı.

Bu gün qəzalı AES-də bütün reaktorlar soyuq dayanma sistemində olmasına baxmayaraq, vəziyyət hələ də mürəkkəb olaraq qalır. Əsas problem yüksək radiasiyalı su sızmalarıdır. Qrunt suların səviyyəsinin daim qalxması nəticəsində enerji bloklarında tərkibində yüksək radiasiyalı hissəciklərin olduğu mayenin həcmi hər gün 400 ton artır. Bununla yanaşı, tərkibində radioaktiv hissəciklərin qismən az olduğu 400 ton maye isə hər gün Sakit Okeana axır. AES-in operatoru olan “Tokyo electric power Co.” (TEPKO) şirkəti həmin problemi polad su çənləri vasitəsilə həll etməyə çalışsa da, bu, gözlənilən nəticəni verməmişdir. Son səkkiz ayda həmin çənlərdən radioaktiv su sızmaları AES-in ərazisində radiasiya fonunun həddən artıq artmasına səbəb olmuşdur.

Radiasiyanın tədqiqi və sağlamlıq layihəsinin icraçı direktoru, epidemioloq Cozef Manqanonun bildirdiyinə görə, “Fukusima-1” AES-dəki qəzanın nəticələri həm ekoloji, həm də iqtisadi baxımdan dəhşətlidir. Ən kədərləndirici fakt isə ondan ibarətdir ki, qəza insanların sağlamlığına zərər vurmaqda davam edir. Kütləvi-informasiya vasitələrinin yazdığına görə, radiasiya artıq ABŞ-ın qərb sahillərinə gedib çatmışdır. Ən həyəcandoğurucu xəbər isə, qəzanın baş verdiyi ərazidə yaşayan uşaqların sağlamlığıdır. Burada aparılmış araşdırmalar zamanı 200 min insandan 75-nə “mədəaltı vəzin xərçəngi” diaqnozu qoyulmuşdur. Həmin rəqəm artmaqda davam edir. Fukusima Şəhər Tibb Universiteti də təsdiq etmişdir ki, uşaqların təxminən yarısı, yəni 41 faizi xərçəng xəstəliyinə tutulma ərəfəsindədir. Təzə doğulmuş uşaqların əksəriyyətində isə anadangəlmə çatışmazlıqlar müəyyən edilmişdir.

Hazırda TEPKO-nun mütəxəssisləri stansiyanın altında və ətrafında əbədi buzlaşma qatı yaratmağa çalışırlar. Həmin ideya uğurla nəticələnərsə, bu, eyni vaxtda iki problemi həll etməyə kömək edəcəkdir. Birincisi, radiasiyalı suyun torpağa sızmasının qarşısını alacaq, ikincisi isə enerji bloklarının zirzəmilərinə axan qrunt suları dayanacaqdır. Bununla yanaşı, özünü doğrultmayan polad çənlərin də daha möhkəm materialdan hazırlanmış digər çənlərlə əvəz edilməsi planlaşdırılır.

AES-də baş vermiş qəza və təbii fəlakətin doğurduğu problemlər səbəbindən hələ də 267 min insan köçkün həyatı yaşayır. Onların çoxu dövlət tərəfindən inşa edilmiş ödənişsiz müvəqqəti evlərdə yerləşdirilsələr də, işsizlik problemi ilə qarşılaşmaqdadırlar.

Tokio Universitetinin professoru, seysmoloq Robert Qellerin bildirdiyinə görə, Fukusima prefekturasını tərk etmiş insanların həyatı çox ağırdır. Onlar iş tapmaq üçün Tokioya üz tutmuşlar. Professor demişdir: “Lakin düşünürəm ki, insanların Fukusimaya dönməsi üçün 10 illərlə vaxt lazım olacaqdır, çünki həmin ərazilər güclü radioaktiv yoluxmaya məruz qalmışdır. Təbii ki, söhbət bütün Fukusima ərazisindən getmir. Mən AES-in ətrafındakı 10-20 kilometrlik ərazini nəzərdə tuturam, burada radiasiyanın səviyyəsi yaşayış üçün çox təhlükəlidir”.

Göründüyü kimi, təbii fəlakətdən üç il ötməsinə baxmayaraq, onun fəsadları hələ də davam edir. Lakin yapon xalqının zəhmətsevərliyi, vətənpərvərliyi və mətanəti deməyə əsas verir ki, dünyanın heç bir xalqının başına gətirilməyən fəlakətin nəticələrini aradan qaldırmış bu böyük millət, Fukusima faciəsinin də nəticələrini aradan qaldıracaqdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb