bp QRUPU ÖLKƏMİZDƏ GƏNCLƏR VƏ İDMANLA BAĞLI BİR SIRA LAYİHƏLƏR HƏYATA KEÇİRƏCƏKDİR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Azad Rəhimov bp Neft Şirkətinin xarici əlaqələr və siyasi planlaşdırma üzrə meneceri Seymur Xəlilov və Regional İnkişaf Təşəbbüsü layihəsinin meneceri İbrahim İsmayılov ilə görüşmüşdür.
Görüş zamanı ikitərəfli əməkdaşlıq və gənclər siyasətinə dəstək layihələri ətrafında müzakirələr aparılmışdır. Vurğulanmışdır ki, bp qrupu Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrlə yanaşı gənclərin inkişafı sahəsinə də xüsusi diqqət yetirir.
Hazırda İkitərəfli əməkdaşlığın nəticəsi olaraq gənclər və idman sahəsində fəaliyyət göstərən qurumların maddi texniki bazasının təkmilləşdirilməsi və müasir avadanlıqla təchiz olunması sahəsində işlər davam edir. Söhbət əsnasında bu məsələyə də toxunulmuş, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanmış, idman sahəsində birgə tədbirlərin təşkili və gənclər siyasətinə yardım üçün sosial layihələrin həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Görüşdə Gənclər və İdman Nazirliyi ilə bp qrupu arasında əməkdaşlıq haqqında sazişin imzalanması gərarı verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]