Braziliyada axşam şənliyinin atəşə tutulması nəticəsində azı 4 nəfər ölüb
Bakı, 28 iyun, AZƏRTAC
Braziliyanın Rio-de-Janeyro şəhərində axşam şənliyi zamanı odlu silahdan açılan atəş nəticəsində azı 4 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
AZƏRTAC G1 portalına istinadla xəbər verir ki, hadisə iyunun 28-nə keçən gecə meqapolisin şimalında baş verib.
Koronavirus epidemiyası ilə əlaqədar kütləvi tədbirlərə qoyulan qadağaya baxmayaraq, yerli sakinlər ənənəvi iyun bayramını qeyd etməyə toplaşmışdılar. Şahidlərin sözlərinə görə, gecə yarısından sonra şənlik yerinə yaxınlaşan avtomobildən insanlara atəş açılıb.
Polis idarəsindən bildiriblər ki, təcili yardım xəstəxanasına çatdırılan yaralılardan dördünün həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı təhqiqat başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]