Braziliyalı futbolçu Mutunun “Neftçi”də uğur qazana bilməməsinin səbəbini açıqlayıb
Bakı, 12 yanvar, AZƏRTAC
“Neftçi”nin futbolçusu Yuri Matias Adrian Mutunun Bakı klubunun sükanı arxasında uğur qazana bilməməsinin səbəbini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, braziliyalı müdafiəçi Rumıniya mətbuatına açıqlamasında bunu iki amillə əlaqələndirib.
28 yaşlı oyunçunun fikrincə, rumıniyalı mütəxəssisin “ağ-qaralar”la yay təlim-məşq toplanışında iştirak edə bilməməsi və yeni transferlərin komandaya gec qoşulması bu məsələdə həlledici olub: "Mutu çox ağıllı məşqçidir, lakin komandanın yay hazırlıq prosesində yaxından iştirak edə bilmədi. Üstəlik, yeni oyunçular da düşərgəyə çox gec qoşuldular”.
Y.Matias “Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçin rəhbərliyi altında yaxşı nəticələr qazanacağına inandığını vurğulayıb: “Ümid edirik ki, komandamız üçün yaxşı işlər görəcək və onun başçılığı altında mövsümün ikinci yarısında müsbət nəticələr əldə edəcəyik”.
O, "Neftçi"nin Azərbaycanın ən böyük klublarından biri olduğunu söyləyib: “Əla komandamız var. Həmçinin "Qarabağ"ı qeyd edərdim. Bu komanda 10 ildir Avropada yaxşı işlərə imza atır”.
Qeyd edək ki, Yuri Matias Azərbaycan Premyer Liqasının ilk yarısında keçirdiyi 16 oyunda 4 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]