BRİTANİYA ƏKS-KƏŞFİYYATI BÜTÜN DİREKTORLARINI MƏXFİLİKDƏN ÇIXARMIŞDIR
Bu, Mİ5-in indiki direktoru Eliza Menninhem-Bullerin əmri ilə edilmişdir. O, özünün bütün tarixi ərzində tam məxfi təşkilat olmuş Britaniya əks-kəşfiyyatının böyük açıqlığının tərəfdarıdır. Xidmətin direktorlarının hətta adları indiyədək onun hüdudlarından kənarda qətiyyən məlum deyildi. Mİ5-in rəhbərlərini Baş nazir, adətən, məxfi təyin edirdi.
Hazırda Mİ5 Sovet İttifaqı dövründəkinə nisbətən daha açıq təşkilatdır. İndi o, əməkdaşları açıq şəkildə cəlb edir. Halbuki əvvəllər bunu özünə rəva görməzdi. Lakin 2,5 min nəfərin çalışdığı məxfi idarənin direktoru hətta pensiyaya çıxdıqdan sonra da gizli qalırdı.
İndi Mİ5 Əks-kəşfiyyat Xidmətində dərin islahatlar aparılır. Bu, heç də təkcə “açıqlıq siyasəti”nə aid deyildir. 1990-cı illərin əvvəllərinədək Əks-kəşfiyyat, əsasən, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə və Şərqi Avropa ölkələrinin kəşfiyyat orqanlarına qarşı fəaliyyətlə məşğul olmuşdur. İndi Eliza Menninhem-Buller Mİ5-i terrorizmlə mübarizədə Britaniyanın aparıcı agentliyinə çevirməyə çalışır.