BRİTANİYA HƏKİMLƏRİNƏ QALSTUK VƏ AĞ XALAT GEYMƏK QADAĞAN EDİLƏCƏKDİR
Krallıq həkimlərinin yarısından çoxunu birləşdirən Britaniya Tibb Assosiasiyası (BTA) mütəxəssislərinin fikrincə, həkimlərin hər gün işə taxdığı qalstukların heç bir faydası yoxdur. Bundan əlavə, kişi geyiminin az-az yuyulan bu atributu mikroblar üçün əsil “cənnətdir”.
BTA-nın məlumatına görə, təkcə Britaniya ərazisində 5 minə yaxın pasiyent xəstəxana daxilindəki mikrobların qurbanı olur. Dövlət büdcəsindən milli səhiyyə sistemini maliyyələşdirmək məqsədi ilə ayrılan vəsaitin təqribən 1 milyard funt sterlinqi infeksiyaların nəticələrinin aradan qaldırılmasına sərf olunur.
BTA təhlilçilərinin fikrincə, tibb işçiləri mikroblarla mübarizə aparmaq üçün əllərini müntəzəm olaraq sabunla yumalıdırlar. Bundan başqa, onlara işə gələrkən qalstuk taxmaq, habelə digər faydasız geyim detallarından istifadə etmək tövsiyə olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]