SİYASƏT
Britaniya parlamentinin üzvü “Many Happy Returns” kampaniyasını dəstəkləyir
Bakı, 22 sentyabr (AZƏRTAC). Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, Liberal Demokratların aparıcı senatoru Baronessa Manzur “Many Happy Returns” kampaniyasını dəstəklədiyini bəyan edib.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, B.Manzur kampaniyaya uğurlar arzulayıb, qaçqınların və məcburi köçkünlərin tezliklə doğma yurdlarına qayıdacaqlarına ümid etdiyini bildirib.
Xatırladaq ki, kampaniyanın diqqət mərkəzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq azərbaycanlı durur.
Azərbaycanlı məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmaq arzusuna istinad edən kampaniya BMT Dünya Qaçqınlar Gününün adının dəyişdirilərək “Dünya Qaçqın və Məcburi Köçkünlər Günü” kimi qeyd edilməsi təklifini dəstəkləməyə imkan yaradır.