Britaniyalı parlamentarilər Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər
Bakı, 27 fevral, AZƏRTAC
Böyük Britaniya parlamentində Mühafizəkarlar Partiyasını təmsil edən, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Bob Bləkmən Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar 805 saylı petisiya ilə (Early day Motion) həmkarlarına müraciət edərək imzatoplama kampaniyasına başlayıb. Petisiya Böyük Britaniya Parlamentinin saytında (http://www.parliament.uk/business/publications/business-papers/commons/early-day-motions/edm-detail1/?session=2014-15&edmnumber=805) yerləşdirilib.
Petisiyada 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücumundan 23 il ötdüyü diqqətə çatdırılır və bunun nəticəsində qətlə yetirilmiş 613 insanın xatirəsi yad edilir, Azərbaycan xalqına başsağlığı verilir. Böyük Britaniya hökumətinə Dağlıq Qarabağ münaqişəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həllinə çağırış edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]