Britaniyanın Aİ-yə ixracı yanvar ayından azalıb
London, 12 mart, AZƏRTAC
Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) ixracı yanvar ayından 40 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, Milli Statistika İdarəsi Britaniyadan Aİ-yə məhsul ixracının yanvarda 40,7 faiz azaldığını, idxalın isə 28,8 faiz gerilədiyini açıqlayıb. Bu, 1997-ci ildən bəri ən aşağı səviyyədir.
Krallıqdan Avropa İttifaqına cari ilin yanvar ayında ixrac olunan məhsulun dəyəri 5,6 milyard funt sterlinq, idxalın dəyəri isə 6,6 milyard funt sterlinq azalıb.
Ölkəyə gələn malların azalmasının böyük ölçüdə maşın və nəqliyyat avadanlıqlarında və Aİ-dən gətirilən kimyəvi maddələrdə, xüsusən də avtomobil idxalında, həmçinin dərman və əczaçılıq məhsullarında müşahidə olunub.
Statistika İdarəsi zəifləmənin arxasında müvəqqəti amillərin dayandığını bildirib. Ən böyük səbəb isə koronavirus pandemiyası və ona görə tətbiq olunan məhdudiyyətlər göstərilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]