Britaniyanın Kral ailəsi rəsmi səyahətlərə 4.2 milyon funt sterlinq xərcləyib
London, 26 iyul, AZƏRTAC
Britaniya Kral ailəsi son bir ildə rəsmi səyahətlərə 4,2 milyon funt sterlinq xərcləyib.
AZƏRTAC xəbər verir ki, 2023-2024-cü illəri əhatə edən maliyyə hesabatına görə, kral ailəsinin üzvləri ümumilikdə 2327 tədbirdə iştirak edib. Kral Çarlz və Keyt Middltonun xərçəng xəstəliyi səbəbindən ailə üzvləri əvvəlki illərlə müqayisədə daha az səyahət edib. Buna baxmayaraq, onların səyahət xərclərində artım müşahidə olunub.
Ən bahalı səyahət isə Kral Çarlz və Kraliça Kamillanın 2023-cü ilin oktyabr və noyabr aylarında Keniyaya beş günlük dövlət səfəri olub. Bu səfərin səyahət xərcləri ümumilikdə 167 min funt sterlinq təşkil edib. Kral və Kraliçanın ötən ilin sentyabrında Fransaya dövlət səfəri zamanı isə səyahət xərcləri 118 min funt sterlinq təşkil edib.
Maliyyə hesabatları adətən iyun ayında dərc edilir, lakin iyulun 4-də Böyük Britaniyada keçirilən ümumi seçkilər səbəbindən bu il təxirə salınıb.
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]