Britaniyanın xarici işlər naziri İsrailə səfər edəcək
London, 16 avqust, AZƏRTAC
Britaniyanın xarici işlər naziri Devid Lemmi Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almağa çalışmaq məqsədilə İsrailə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfərdə Devid Lemmidən başqa Fransanın xarici işlər naziri Stefan Sejurne da iştirak edəcək.
Onlar İsrailin xarici işlər naziri İsrael Katz və strateji işlər naziri Ron Dermerlə görüşəcəklər. Səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşün baş tutması güman edilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]