BRUNEY DƏRÜSSALAMIN SULTANI ƏLAHƏZRƏT HACI HƏSSƏNAL BOLKİAHA
Əlahəzrət,
Ölkənizin milli bayramı - Milli gün münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Əminəm ki, dost ölkələrimiz arasındakı münasibətlərin, əlaqələrimizin və əməkdaşlığımızın inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 fevral 2006-cı il.