Azərbaycan Dövlət İnformasiya Agentliyi

Brüsseldə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyərək, Qarabağ "sevdası”ndan əl çəkməli oldu

Brüsseldə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyərək, Qarabağ "sevdası”ndan əl çəkməli oldu

Bakı, 15 may, AZƏRTAC

Brüssel görüşü Azərbaycanın siyasi iradəsini tam ifadə edir və gəlinən nəticələr, əslində, Azərbaycanın iki il yarımdır bəyan etdiyi mövqeyin bir qisminin təkrarlanması, yaxud etiraf olunmasından ibarətdir. Bu mənada, Şarl Mişelin də, Azərbaycan XİN-in də ifadə etdiyi kimi, görüş faydalı və nəticəyönümlü sayılmalıdır. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, Prezident İlham Əliyev böyük qətiyyət nümayiş etdirərək Zəfərdən dərhal sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlik səylər göstərir. Dövlətimizin başçısının bu məqsədlə irəli sürdüyü təkliflər beynəlxalq hüququn prinsiplərini ehtiva etsə və Ermənistan prinsipcə bu təklifləri qəbul etdiyini bildirsə də, bu günə qədər ortada real nəticələr yoxdur. Təbii ki, Azərbaycan İrəvanı daha 30 il gözləyə bilməz və təsadüfi deyil ki, Prezident İlham Əliyev 2023-cü ili sülh üçün son fürsət kimi dəyərləndirib. Ermənistan isə əksinə, daha çox sülhü pozmaq taktikası seçib və hətta şərti sərhədlərdə erməni təxribatları nəticəsində toqquşmalar adi hala çevrilib. Belə bir şəraitdə Brüsseldə Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığın ifadə edilməsi özlüyündə pozitiv mühit yaradır. Müzakirələrdə Azərbaycanın tələbi üzrə sərhədlərin delimitasiyası ilə bağlı növbəti addımların nəzərdən keçirilməsi fonunda müəyyən irəliləyişlərin əldə olunmasını da məhz Bakının nail olduğu bu müsbət mühitin nəticəsi hesab etmək mümkündür.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Brüssel görüşünün digər mühüm məqamı, ərazi bütövlüyü prinsipi üzrə bir daha gəlinən razılıqla Ermənistanın təcavüzkar niyyətlərinin üzərindən bir daha xətt çəkilməsi olub. Şarl Mişelin yaydığı bəyanatda da ifadə olunduğu kimi, tərəflər 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə, Ermənistanın və Azərbaycanın müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq ediblər. Ötən ilin oktyabrında Praqa və Soçi görüşlərində də “Alma-Ata Bəyannaməsi”nə müvafiq olaraq eyni qənaətə gəlinib. Lakin Fransanın pozuculuq fəaliyyəti və İrəvanın da arzusu ilə proses qeyri-müəyyən vəziyyətdə donub. Amma Prezident İlham Əliyevin qətiyyətli addımları ilə İrəvan nəinki oyuna qayıtmaq məcburiyyətində qalıb, əksinə, Azərbaycanın ərazi bütövlüyünü daha detallı formada etiraf edərək Qarabağ "sevdası”ndan əl çəkməli olub.

B.Məhərrəmov vurğulayıb ki, Fransaya gəlincə, Brüssel prosesinin ən diqqətçəkən məqamlarından biri məhz rəsmi Parisin çoxsaylı cəhdlərinə baxmayaraq, prosesin dağılmaması fonunda Bakının onu növbəti dəfə nokauta salmasıdır. Paris nəinki Brüssel prosesini dağıda bilmədi, əksinə, Prezident İlham Əliyev dünyaya göstərdi ki, Fransanı oyundan kənarda saxlamaq iqtidarındayıq. Üstəlik, Azərbaycan və Ermənistan rəhbərləri iyulda Brüsseldə, habelə 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsun iştirakı ilə Kişineuda, oktyabrda isə Qranadada keçiriləcək üçüncü sammit çərçivəsində yenidən görüşəcəklər. Yəni, Bakı faktiki olaraq bütün kənar təsirləri zərərsizləşdirərək prosesi həyata keçirməklə real imkanlarını göstərib, Fransa isə özünün təcavüzkar ideyaları, separatizmə dəstəyi və proksi müharibə cəhdləri ilə pat vəziyyətində qalıb. Digər tərəfdən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında da Azərbaycanın Qarabağ iqtisadi rayonunu bizim mövqeyimizə uyğun formada - keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti” formasında ifadə etməklə vəziyyətin Bakının beynəlxalq hüququ ehtiva edən mövqeyinə uyğun irəlilədiyini göstərib. Açıqlamada, həmçinin Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsindən bağlı ayrıca bəhs olunması, həmin əhalinin hüquqlarının, təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhz yalnız Azərbaycanın subyektiv tərəf kimi tanınması bu məsələlərin Bakının daxili işi olması barədə mövqeyinin artıq sual yaratmadığını göstərir. Bu, çox ciddi məsələdir və Azərbaycan Prezidentinin müstəsna qələbəsidir.

“Görüşün digər vacib məqamı Azərbaycanın kommunikasiyaların açılmasına dair təklifinin realizəsi üzrə ciddi irəliləyişlə bağlıdır. Şarl Mişelin bəyanatından da aydın olur ki, Zəngəzur dəhlizinin açılması işi ilə bağlı faktiki əngəl qalmır və işin dəstəklənməsi üçün prosesə Ümumdünya Gömrük Təşkilatı cəlb ediləcək. Bu, əlbəttə, Ermənistanın ənənəvi yayınmalarının qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq. Bütün görüşlərdə olduğu kimi, bu dəfə də humanitar məsələlər Prezident İlham Əliyevin əsas tezislərindən olub və Ş.Mişelin ifadə etdiyi kimi, yaxın həftələrdə ciddi nəticələr gözlənilir. Ən əsası, azaraq sərhədi keçən hərbi qulluqçular bundan sonra da sürətləndirilmiş əsaslarla azad olunacaqlar”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan ən qısa müddətdə sülh arzu edir. Lakin Bakı üçün vədlər yox, praktiki gedişlər maraqlıdır. Bu mənada, ermənilərin zamanı məhduddur və onlar yaxın dövrdə Brüsseldə gəlinən razılıqlara əməl olunması ilə “dəmir yumruq” arasında sadə seçim etməli olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər Parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib