BSU-da yaz semestrinin imtahan sessiyası davam edir
Bakı, 16 iyun, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
BSU-dan AZƏRTAC-a bildirilib ki, imtahanlarda bakalavr və magistratura səviyyələri üzrə təhsil alan 4665 tələbədən 3868-i iştirak edir. İyunun 1-dən başlayan və əyani formada təşkil olunan sessiyada bu günədək 761 imtahan keçirilib. İlk dəfə olaraq əsas tədris binasında keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil olunub. BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.
İyulun 6-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 1416 imtahanın keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]