Bu gün beş yunan-Roma güləşçimiz Avropa çempionatında döşək üzərinə çıxacaq
Bakı, 1 aprel, AZƏRTAC
Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz mübarizəyə başlayırlar.
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə beş güləşçimiz döşək üzərinə çıxacaq. Dörddəbir finalda təmsilçilərimiz Eldəniz Əzizli (55 kq) Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya) cütünün, Taleh Məmmədov (63 kq) isə Ahmet Uyar (Türkiyə) - Kriştian Keçkemeti (Macarıstan) görüşlərinin qalibləri ilə qarşılaşacaqlar. Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda İlye Koyokari (Rumıniya) ilə mübarizə aparacaq. Digər güləşçilərimiz İslam Abbasov (87 kq) xorvatiyalı Matey Mandiç, Beka Kandelaki (130 kq) isə Mixaylo Vişnivetski (Ukrayna) ilə üz-üzə gələcəklər. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.
Qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]