Bu gün “DÇ-2018”in Avropa zonası üzrə seçmə qrup mərhələsinin növbəti oyunları keçiriləcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində X turun növbəti görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sonuncu turun ikinci oyun günündə “D”, “G” və “İ” qruplarında doqquz oyunun keçirilməsi nəzərdə tutulub.
“D” qrupunun lideri Serbiya turnirin final mərhələsinə vəsiqə qazanmaq üçün evdə Gürcüstana qalib gəlməlidir.
“İ” qrupunda ilk 3 pillənin sahibləri müəyyənləşəcək. Bu turda İslandiya millisi Kosovo ilə üz-üzə gələcək. Qrupda eyni xala malik Ukrayna yığması ilə Xorvatiya millisi qarşılaşacaq. Türkiyə millisi isə səfərdə Finlandiyanın qonağı olacaq.
Turun digər oyunları aşağıdakılardır:
“D” qrupu
Serbiya - Gürcüstan
Uels - İrlandiya
Moldova - Avstriya
“G” qrupu
İsrail - İspaniya
Albaniya - İtaliya
Makedoniya - Lixtenşteyn
“İ” qrupu
Ukrayna - Xorvatiya
İslandiya - Kosovo
Finlandiya - Türkiyə
Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]