Bu gün Futbol üzrə Azərbaycan çempionatının XX turuna start veriləcək
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu başlayacaq.
AZƏRTAC Peşəkar Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura martın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”-“Sabah” oyunu ilə start veriləcək. Saat 16:00-da başlayacaq görüşü Rəhim Həsənov idarə edəcək.
Həmin gün baş tutacaq “Neftçi”-“Sabah” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Saat 18:00-da start götürəcək görüş “Bakcell Arena” stadionunda oynanılacaq.
Martın 8-də “ASCO Arena” stadionunda keçiriləcək “Səbail”-“Zirə” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Keşlə”-“Qarabağ” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 19 turdan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 34 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Sabah” (21), “Zirə” (20), “Səbail” (20) və “Qəbələ” (19) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]