BU GÜN HİNDİSTAN PAYTAXTINDA 15 MİNDƏN ÇOX TOY OLACAQ
Məlum olduğu kimi, mövhumatçı hindlilər toy, imtahan vermək, işə qəbul haqqında ərizə vermək kimi mühüm hadisələri münəccimlərin ölçüb-biçib müəyyən etdikləri günlərdə və saatlarda həyata keçirirlər. İndi münəccimlər belə qənaətə gəlmişlər ki, bazar günü Yupiter və Venera planetləri nikah bağlamaq üçün əlverişli yerdə olacaqlar. Ona görə də bir çox gənc hindlilər öz nikah münasibətlərini məhz bu gün məbədlərdə təntənəli dini mərasimlər zamanı rəsmiləşdirməyi qərara almışlar.
Şəhərdə qız üçün münasib adaxlı və oğul üçün gözəl-göyçək gəlin tapmaqda onların valideynlərinə qohum-əqrəba və dostlar kömək edirlər, kəndlərdə isə bu işlə ailə kahini məşğul olur. Danışıqlarda, ilk növbədə, bəyin nailiyyətləri, gəlinin valideynlərinin əmlak vəziyyəti və bir sıra digər hallar nəzərə alınır – adaxlanmışlar, hər şeydən öncə, bir silkə, bir ictimai təbəqəyə mənsub olmalıdırlar.
Bu gün ən çox din xadimlərinin, gül mağazaları sahiblərinin, toy süfrəsi üçün ərzaq təchizatçılarının qayğıları başdan aşır. Polislər də bekar qalmayacaqlar. Onlar şəhərin çoxlu adam və maşın toplaşan küçə və meydanlarında qayda-qanun yaratmalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]