Bu gün şahmat üzrə Avropa çempionatının 6-cı turu keçiriləcək
Bakı, 3 noyabr, AZƏRTAC
Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olacaq, qadın şahmatçılarımız isə Rumıniya komandası ilə mübarizə aparacaq.
Ermənistan komandasına qarşı mübarizədə Levon Aronyan-Şəhriyar Məmmədyarov, Sergey Movsesyan-Teymur Rəcəbov, Qabriel Sarkisyan-Arkadi Naydiç və Qrant Melkumyan-Rauf Məmmədov cütlükləri qarşılaşacaqlar.
Azərbaycan-Rumıniya matçında isə masa arxasına Günay Məmmədzadə-İrina Bulmaqa, Zeynəb Məmmədyarova-Korina-İzabella Peptan, Ülviyyə Fətəliyeva-Yelena-Lyuminita Kosma və Xanım Balacayeva-Mixaela Sandu cütlükləri oturacaq.
Finişə 4 tur qalmış Xorvatiya 9 xalla turnir cədvəlinə başçılıq edir. 4 yığma komanda hərəyə 8 xal toplayıb. 7 xal qazanan Azərbaycan isə 7-ci yerdə qərarlaşıb.
Qadınların turnirində rusiyalılar 10 xalla 100 faizli qələbəni qoruyub saxlayıblar. Gürcüstan, Ukrayna, Polşa və Türkiyə komandaları hərəyə 8 xalla sonrakı yerləri tutublar. Azərbaycanın qadın şahmatçılardan ibarət yığması 6 xalla 11-ci yerdədir.
Yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.