Bu gün Şəhidlər xiyabanını ziyarət etməyi hər bir azərbaycanlının şəxsi borcu sayıram
Bakı, 20 Yanvar, AZƏRTAC
“İyirmi altı il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən xalqımızın tarixində ən faciəli hadisələrdən biri baş verib. Ermənistanın Azərbaycana qarşı təcavüzünə və ərazi iddialarına, habelə bu ədalətsiz ideyaları dəstəkləyənlərə etirazını bildirmək üçün Bakı küçələrinə axışan həmvətənlərimizə amansız divan tutulub”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azəryolservis” ASC-nin əməkdaşı Şamil Şamilov söyləyib.
O deyib: “Bu gün Şəhidlər xiyabanını qanlı Yanvar cinayətlərinin qurbanlarının, ədalətsizliyə üsyan etməkdən çəkinməyənlərin və Vətəni müdafiə edənlərin xatirəsini anmaq üçün ziyarət etməyi hər bir azərbaycanlının şəxsi borcu hesab edirəm”.
Ş.Şamilovun fikrincə, Şəhidlər xiyabanında uyuyan qəhrəmanlar azadlığımızın və müstəqilliyimizin əldə olunmasında böyük rol oynayıblar. O bildirib ki, yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Qanlı Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]