Bu gün “Shamkir Chess 2019” turnirində dördüncü turun oyunları keçiriləcək
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində dördüncü turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, növbəti turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov çexiyalı David Navara, Teymur Rəcəbov isə hollandiyalı Aniş Giri ilə qarşılaşacaqlar. Turnirin digər partiyalarında bolqarıstanlı Vaselin Topalov dünya çempionu, norveçli Maqnus Karlsen ilə görüşəcək. Çin şahmatçısı Dinq Lirenin rəqibi hindistanlı Vişvanatan Anand olacaq. Digər görüşdə isə Rusiya təmsilçiləri Sergey Karyakin və Aleksandr Qrişuk üz-üzə gələcəklər.
Qeyd edək ki, üç turun nəticəsinə görə aktivində 2,5 xal olan Maqnus Karlsen turnir cədvəlinin vahid liderinə çevrilib. Dinq Liren, Sergey Karyakin 2 xalla ikinci-üçüncü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov isə 1,5 xalla dördüncü-altıncı yerləri bölüşürlər. Aleksandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navaranın hər birinin aktivində 1 xal var.
Turnirə aprelin 9-da yekun vurulacaq.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata latiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]