İQTİSADİYYAT
Bu gündən “Ata Bank” və “Amrahbank”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılıb
Bakı, 1 iyun, AZƏRTAC
Lisenziyaları ləğv olunmuş "Ata Bank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə iyunun 1-dən başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov iyunun 1-də keçirdiyi mətbuat konfransında deyib.
E.Rüstəmov qeyd edib ki, bu gündən “Ata Bank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Kapital Bank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanılıb. İyulun 1-dən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Kapital Bank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalar ləğv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]