Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu günə kimi 3 milyondan çox “ASAN İmza” sertifikatı təqdim edilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Üç saylı Bakı “ASAN xidmət” mərkəzində Prezident İlham Əliyevə ilk “ASAN İmza” sertifikatının təqdim edilməsindən 10 il ötür.

“ASAN İmza” xidmətinin milli operatoru “B.EST Solutions Azerbaijan” şirkəti tərəfindən işlənib hazırlanan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan həmin texnologiya ilk dəfə olaraq sahibkarlıq subyektləri üçün elektron vergi bəyannaməsinin təqdim edilməsinin asanlaşdırılması üçün Dövlət Vergi Xidmətinin elektron xidmətlərinə inteqrasiya edilib. Bu barədə AZƏRTAC-a “B.EST Solutions Azerbaijan” şirkətindən məlumat verilib. Hazırda “ASAN İmza” - gücləndirilmiş mobil elektron imza Azərbaycanın rəqəmsallaşmasının inkişafında, elektron xidmətlərin, müxtəlif rəqəmsal tranzaksiyaların geniş şəkildə həyata keçirilməsində və məlumatların təhlükəsizliyinin təmin edilməsində açar rolu oynayır.

Bu günə kimi “ASAN İmza” mobil elektron imza həm dövlət, həm də özəl sektorda 2 mindən çox elektron xidmətdə istifadə olunur. Belə xidmətlərə ən çox müraciət edilən elektron vergi xidmətləri, gömrük prosedurları, gömrük xidmətində malların bəyan edilməsi, maliyyə əməliyyatları, əmək müqavilələrinin qeydiyyatı, ərizələrin verilməsi, güzəştli mənzillərin alınması, ipoteka kreditləşməsi, distant bank hesabının açılması, tenderlərdə iştirak üçün onlayn zəmanətin alınması, internet və mobil bankçılıq, abituriyentlərin elektron qeydiyyatı, elektron məhkəmə portalında şəxsi kabinetlərin idarə edilməsi, cərimələr barədə məlumatların əldə edilməsi, sosial sığorta və bir çox digər xidmətləri misal göstərmək olar. “ASAN İmza” mobil identiteti onlayn prosesləri təkmilləşdirərək onları daha rahat, sürətli və ən əsası təhlükəsiz edib.

Tranzaksiyaların sayı və müxtəlif xidmətlərdə “ASAN İmza”dan istifadə ilbəil artır və artıq 300 milyonu keçib. Bu günə kimi 3 milyondan çox “ASAN İmza” sertifikatı təqdim edilib ki, bu da istifadəçinin innovativ həllə inamının bariz nümunəsidir.

“ASAN İmza” mobil identiteti həm dövlət qurumlarının, həm də banklar da daxil olmaqla özəl şirkətlərin daxili rəqəmsal proseslərinə inteqrasiya olunur ki, bu da müxtəlif təşkilatlar arasında təhlükəsiz və hüquqi cəhətdən sübuta yetirilən məlumat mübadiləsinin və qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə öz töhfəsini verir, həmçinin Azərbaycan müəssisələrinin rəqəmsal transformasiyasında mühüm rol oynayır.

“ASAN İmza” texnologiyasında aparıcı prioritetlər Azərbaycan Respublikası vətəndaşlarının fərdi məlumatlarının qorunması və rəqəmsal texnologiyalar sahəsində milli təhlükəsizlikdir. Yeni kibertəhlükələri nəzərə almaq üçün kriptoqrafik alqoritmlər daim təkmilləşdirilir. Müasir biometrik həllər üzləri uğurla tanıyır, lakin canlı insanla statik foto və ya video arasındakı fərqi müəyyən etmək yüksək texnologiyalı və bahalı həll tələb edən mürəkkəb işdir. Hər bir innovativ xidməti təqdim etməzdən əvvəl “ASAN İmza” infrastrukturunun kritikliyi nəzərə alınır və istənilən həllin beynəlxalq standartlara və milli qanunvericiliyə uyğunluğu, eləcə də bu həllin qeyd olunan sahədə mümkün kiberhücumlara qarşı müqaviməti hərtərəfli təhlil edilir. Həmçinin “ASAN İmza”da yeni kriptoqrafik həllərin, o cümlədən kvant-əsaslı alqoritmlərin tətbiqi üzrə tədqiqat və təcrübə aparılır.

Qeyd etmək lazımdır ki, “ASAN İmza” mobil elektron imza “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 2004-cü il 9 mart tarixli Qanunu və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlərlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarının tələblərinə ciddi şəkildə cavab verir və qanunvericiliyə əsasən əl imzasına bərabər tutulur. Həmçinin istifadəçilərin identifikasiyası, təhlükəsizliyi, qlobal kriptoqrafiya standartlarına uyğunluq üçün bütün prosedurlara həm istifadəçilərin, həm də xidmət təminatçılarının maraqlarını təmin etmək məqsədilə ciddi şəkildə riayət edilir. “ASAN İmza”nın təqdim edilməsi şəxsiyyəti təsdiq edən istənilən sənədin verilməsi kimi diqqətlə tənzimlənir.

Mobil elektron imza NIST (Milli Standartlar və Texnologiya İnstitutu, ABŞ) kimi aparıcı qlobal qurumlar tərəfindən tanınmış və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən görkəmli innovativ nümunə kimi təqdim olunub. “ASAN İmza” infrastrukturu - PKI (Açıq Açar İnfrastrukturu), RSA (Açıq Açar Kriptoqrafik Alqoritmi), Elliptik Kriptoqrafiya və güvənli SİM Kartlar kimi yüksəkkeyfiyyətli aparat, proqram təminatı və standartlara əsaslanmış, 25 ildən çox müddətdə dünya üzrə minlərlə qurğularda diqqətlə öyrənilib və sınaqdan keçirilib.

Yubiley ili çərçivəsində Azərbaycanın rəqəmsal ictimaiyyətini sənaye innovasiyaları və yeni beynəlxalq təhlükəsizlik standartları ilə tanış etmək üçün genişspektrli milli və beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Həmin tədbirlər rəqəmsal innovasiyalar üzrə qabaqcıl qlobal praktika və təcrübələrin mübadiləsini asanlaşdıracaq, gələcəkdə rəqəmsal texnologiyaların inkişafı üçün yeni perspektivlər açaraq elektron imza, kibertəhlükəsizlik sahəsində dialoq və əməkdaşlıq üçün forumu təmin edəcək.

Qeyd etmək lazımdır ki, bu il ərzində mobil elektron imzadan istifadənin sadələşdirilməsi və təkmilləşdirilməsinə yönəlmiş bir sıra innovativ xidmətlər təqdim ediləcək. Hazırda texnologiyanın milli qanunvericiliyə uyğunluğu və yeni rəqəmsal həllərin lisenziyalaşdırılması prosesinin təhlili aparılır. Həmin yeniliklər beynəlxalq standartlara uyğun olaraq xidmətin funksional imkanlarının genişləndirilməsinə və rahatlığının yüksəldilməsinə yönəlib. “ASAN İmza” xidmətinin əsas məqsədi istifadəçiləri təkcə onlayn xidmətlər üçün qabaqcıl alətlərlə təmin etmək deyil, həm də rəqəmsal tranzaksiyaların və vətəndaşların şəxsi maliyyələrinin etibarlı mühafizəsi, eləcə də artan kiberhücumlardan qorunmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH