Bu il dünyada turistlərin sayı 1 milyardı keçəcəkdir
Bakı, 5 may (AZƏRTAC). Bu il dünya tarixində ilk dəfə olaraq beynəlxalq turistlərin sayının 1 milyard nəfəri keçəcəyi gözlənilir.
Dünya Turizm Təşkilatının regional direktoru Karlos Voqelerin verdiyi məlumata görə, beynəlxalq turizm proqnozlaşdırılan rekordu artıq bu ilin payızında vuracaq və bununla da bu göstərici ötən ilə nisbətən 4 faiz artacaqdır. Ötən il beynəlxalq turistlərin sayı 980 milyon nəfər olmuşdur.
Dünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünya üzrə turistlərin sayı 1,4 milyarda çatacaqdır. Hazırda dünyada ən populyar turizm istiqamətləri Fransa, ABŞ və Çindir. Təşkilatın statistikasına görə, dünya ÜDM-in 5 faizi, ixracın isə 6 faizi turizm sektorunun payına düşür. İnkişaf etmiş və inkişafda olan ölkələrdə hər 12-ci işçi məhz turizm sahəsində çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]