Bu il Gədəbəyin 9 kəndinə təbii qaz xətti çəkiləcək
Gədəbəy, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Keçən il Şəmkir Regional Qaz İstismarı İdarəsinin Gədəbəy Xidmət sahəsi tərəfindən 14782 abonentə xidmət göstərilib. Rayon üzrə illik ödəniş 99,4 faiz, əhali sektoru üzrə isə 100 faiz təşkil edib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il dövlət vəsaiti hesabına 8 yaşayış məntəqəsində 1930 abonent təbii qazla təmin olunub.
Hazırda yüksək dağlıq rayonu olan Gədəbəydə yaşayış məntəqələri üzrə qazlaşmanın səviyyəsi 65 faiz və ya 70 yaşayış məntəqəsi təşkil edir.
Cari ildə birinci mərhələdə rayonun Arıqıran, Gərgər və Qasımlı kəndləri, ikinci mərhələdə isə Plankənd, Dəyirməndağ, Aytala, Qoşabulaq, Pərizamanlı, Dərəqumlu və şəhər üzərində 15 yaşayış evinin təbii qazla təchiz edilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:09]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:02]
Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
- 16.10.2026 [17:38]
Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
- 16.10.2026 [17:26]